ADPU ilə Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksi arasında memorandum imzalanıb

ADPU ilə Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksi arasında memorandum imzalanıb Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksi arasında əməkdaşlığa dair memorandum imzalanıb.
İmzalanma mərasimində universitetin rektoru professor Cəfər Cəfərov bildirib ki, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksi regional milli özəl təhsil sisteminin uğurlu nümunəsidir. ADPU ilə lisey kompleksi arasında pedaqoji internatura və digər mexanizmlər əsasında tələbələrin təcrübələrinin təşkili, mədəni-kütləvi və digər sahələrdə geniş əməkdaşlıq imkanları var.
Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin icraçı direktoru Aqşin Bağırov bildirib ki, müəssisədə milli və beynəlxalq proqram üzrə Azərbaycan və ingilis bölmələri üzrə yüksəkkeyfiyyətli təhsil xidmətləri göstərilir. Vurğulanıb ki, vaxtilə məktəbin şagirdləri olmuş 4 nəfər ADPU məzunu məktəbə qayıdaraq pedaqoji fəaliyyətlə məşğuldur.

Tehsil-press.az



Oxşar xəbərlər