Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Geomatika kafedrasında “Transmilli kommunikasiya layihələrinin geodeziya təminatı” mövzusunda elmi seminar keçirilib.
Seminarda Geomatika kafedrasının baş müəllimi Əlişir İsmayılov geniş məruzə ilə çıxış edib. Alim çıxışında qeyd edib ki, ölkəmizdə müstəqillik əldə etdikdən sonra çoxsaylı milli və transmilli neft-qaz kəmərləri çəkilir, nəqliyyat və digər böyük həcmli kommunikasiya layihələri həyata keçirilir: “Transmilli kommunikasiya layihələri böyük uzunluq ölçmələrinə malik olub bir ölkə ərazisini kəsib keçməklə digər qonşu, xarici ölkələr ərazilərində davam etdirilir. Bu səbəbdən layihələrin icrası zamanı çoxsaylı elmi-texniki problemlər meydana çıxır. Bu problemlərə koordinatların zonadan zonaya ötürülməsi, yerüstü və peyk geodeziya ölçmələrinin vahid hesablama səviyyəsinə (səthinə) reduksiyası, plan və yüksəklik koordinatlarının uzaq məsafələrə tələb olunan dəqiqliklə ötürülməsi əsas götürülür”.
Alim məruzəsində müxtəlif ölkələrin təcrübələrinə də toxunub. O qeyd edib ki, qəbul olunmuş koordinat sistemləri, geodeziya proyeksiyaları arasında əlaqələrin araşdırılması və qurulması, fırlanma ellipsoidləri başlanğıc səviyyə səthləri futştokları, başlanğıc geodezik verilənlər və digər parametrlər arasında əlaqələrin qurulması kimi məsələlər həllini gözləyir.
Əlişir İsmayılov Azərbaycanda transmilli kommunikasiya layihələrinin yerinə yetirilməsi üçün hələ ki geodezik təminat məsələsinin tam həllini tapmadığını söyləyib. Bu səbəbdən geodeziya təminatının yaradılması üçün tədqiqat işlərinin aparılması zərurəti yarandığını diqqətə çatdırıb.
Seminarın sonunda qeyd olunan məsələlərin və problemlərin həlli barədə müzakilər aparılıb, çıxış yolları axtarılıb.
Tehsil-press.az