ADPU-nun magistrantı Litva universitetində tədqiqat işi aparır

ADPU-nun magistrantı Litva universitetində tədqiqat işi aparır Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) magistrantı Aqşin Əlizadə “Erasmus+” beynəlxalq mübadilə proqramı çərçivəsində Litvanın Vytautas Magnus Universitetində təhsilini davam etdirir və tədqiqat işi aparır.
1922-ci ildə əsası qoyulan Vytautas Magnus Universiteti Litvanın nüfuzlu ali təhsil müəssisələrindəndir. Universitetin kampusları ölkənin iki böyük şəhərində - paytaxt Vilnüs və mədəniyyət mərkəzi olan Kaunasda yerləşir. Universitetdə tədris prosesində praktiki üsullara üstünlük verilir.
Aqşin Əlizadə hazırda dissertasiya işi üzərində çalışır.

Tehsil-press.az



Oxşar xəbərlər