Litvanın Vytautas Magnus Universitetinin nümayəndəsi ADPU-da olub

Litvanın Vytautas Magnus Universitetinin nümayəndəsi ADPU-da olub Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru Cəfər Cəfərov Litva Respublikasının Vytautas Magnus Universitetinin prorektoru dosent Vilma Bijeikiene ilə görüş keçirib.
Görüş zamanı rektor Cəfər Cəfərov və prorektor Eldar Aslanov ADPU-nun fəaliyyəti, tarixi, strukturu, təhsil proqramları barədə məlumat veriblər. Söhbət zamanı Litva universitetləri ilə əlaqələrin əhəmiyyəti, cari vəziyyəti və mümkün əməkdaşlıq imkanlarından danışılıb, hər iki tərəf üçün maraq doğuran bir sıra layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Tehsil-press.az

Oxşar xəbərlər