Azərbaycan Dövlət Pedaqoji Universiteti Təhsil Könüllüləri Tələbə Birliyinin (ADPU TK TB) təşkilatçılığı ilə “Şagirdə tələbə dəstəyi” layihəsinə yenidən start verilib.
Layihə çərçivəsində ADPU-nun Filologiya fakültəsinin tələbəsi Şölə Rüstəmova, Fizika fakültəsinin tələbəsi Əfsanə Vəliyeva və Riyaziyyat fakültəsinin tələbəsi Şəfiqə Əliyeva tərəfindən Bakı şəhəri 209 nömrəli tam orta məktəbin VII sinif şagirdlərinə Azərbaycan dili, riyaziyyat və ingilis dili fənləri üzrə ilk onlayn dərslər keçirilib.
Eyni zamanda, layihə çərçivəsində tələbələr tərəfindən toplanan dərs və hazırlıq vəsaitləri Qala, Maştağa və Nardaran məktəblilərinə çatdırılıb.
Qeyd edək ki, həyata keçirilən layihənin məqsədi müxtəlif rayon və məktəblərdə təhsil alan şagirdlərə ADPU tələbələri tərəfindən əyani, onlayn və hibrid formada dəstək göstərilməsi, müxtəlif səbəblərdən imtahanlara hazırlaşmaqda çətinlik çəkən şagirdlərə kömək olunmasıdır.
Tehsil-press.az