UFAZ-ın tələbələri Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda tədris təcrübəsi keçirlər

UFAZ-ın tələbələri Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda tədris təcrübəsi keçirlər Azərbaycan-Fransız Universitetinin (UFAZ) IV kurs tələbələri Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun laboratoriyalarında tədris təcrübəsi keçirlər.
Nanostrukturlaşdırılmış metal polimer katalizatorları laboratoriyasında tələbələr polimerlər əsasında hidrogellərin sintezi və onlara bioloji aktiv birləşmələrin immobilizə olunması üzrə aparılan təcrübələrdə, eləcə də alınmış polimer hidrogellərin ultrabənövşəyi lampa vasitəsilə tikilmə prosesində əyani olaraq iştirak edirlər.
Bununla yanaşı, tələbələr polimer əsaslı sorbentlərin sintezi prosesini və onların fiziki-kimyəvi tədqiqini, sorbsiya xüsusiyyətlərini öyrənirlər.
Nanokarbon katalizatorları iştirakında hidrogen peroksidlə oksidləşmə laboratoriyasında isə tələbələr müxtəlif cihazlardan (iki termostat və qarışdırıcı mühərrik) hazırlanmış kinetik qurğuda Fe tərkibli nano karbon katalizatorunun iştirakı ilə neftdən alınmış parafin-naften karbohid-rogenlərinin maye fazada aerob oksidləşmə reaksiyasının kinetikasının təyini və prosesdə udulan oksigenin miqdarının zamandan asılılıq qrafikinin qurulması, reaksiyanın sürətinin müəyyən olunması haqqında məlumatlandırılıb.
Aparıcı elmi işçi Əsgər Hüseynov tələbələrə çoxdivarlı karbon nanoboruların alınması üçün laboratoriyada quraşdırılmış qurğu haqqında geniş məlumat verib.

Tehsil-press.az



Oxşar xəbərlər