ADA Universitetində 11-ci karyera sərgisi keçirilib.
Tədbirdə çıxış edən ADA Universitetinin prorektoru, eləcə də İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadənin sözlərinə görə, ADA Universitetinin korporativ sektorla sıx əməkdaşlıq etməsi ilk deyil.
“Bugünkü karyera sərgisində tələbələrə müxtəlif karyera imkanları, qısamüddətli təlimlər, könüllülük, eləcə də yay məktəblərində iştirak etmək imkanı təqdim edəcək 129 şirkət təmsil olunur. Bu yarmarka ikihəftəlik Karyera həftəsinin tərkib hissəsidir”,- deyə Fariz İsmayılzadə qeyd edib.
ADA Universitetinin akademik işlər üzrə prorektoru Vəfa Kazdal bildirib ki, bu sərgi arzuların, yeni imkanların, ideyaların sərgisi olmaqla yanaşı, həm də gənc kadrlarla şirkətlər arasında körpü rolunu oynayır.
ADA Universiteti Fondunun (Azərbaycan) prezidenti Natiq Hacıyev gələcək peşəkarların karyerasına fayda verməyin ADA Universiteti üçün vacib olduğunu vurğulayıb.
ABB-nin tərəfdaşlığı ilə keçirilən sərgidə “Böyük dördlük”dəki şirkətlərin Azərbaycan nümayəndəliyi (“Big four companies”), Energetika, İqtisadiyyat, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, bank, turizm, kommunikasiya sahəsindəki tanınmış şirkət və holdinqlər, beynəlxalq təşkilatların nümayəndəlikləri daxil olmaqla 129 şirkət və qurum təmsil olunub. Bu il 11-ci dəfə keçirilən sərgi zamanı ADA Universitetinin tələbə və məzunları şirkət və qurumların təqdim etdiyi müxtəlif karyera fürsətləri barədə ətraflı məlumat əldə ediblər.
Sərgi aprelin 10-dan başlanan “Karyera hazırlığı həftəsi”nin yekun tədbiridir. Karyera sərgisinin məqsədi tələbə və məzunları bir araya toplamaqla birbaşa şirkət nümayəndələri və kadrlar şöbəsi ilə əlaqələndirmək, onların bacarıqlarını inkişaf etdirməkdir.
Tehsil-press.az