Manaş Kozıbayev adına Şimali Qazaxıstan Universitetinin baş müəllimi Gülnur Majitova Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunda olub.
Qonaq laboratoriyalar və burada aparılan elmi-tədqiqat işləri ilə tanış olub.
Dendrologiya İnstitutunun baş direktor vəzifəsini icra edən biologiya üzrə fəlsəfə doktoru dosent Minarə Həsənova ilə görüşdə qonağa müəssisənin fəaliyyət istiqamətləri haqqında məlumat verib.
İnstitutda yaradılan şəraitlə tanış olan alim biologiya elmi sahəsində müasir tədqiqatların aparılmasını təqdirəlayiq hal kimi qiymətləndirib, birgə əməkdaşlığın əhəmiyyətindən danışıb. O, Şimali Qazaxıstan Universiteti ilə sıx əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin, birgə elmi tədqiqatların aparılmasının önəmini vurğulayıb.
Qeyd edək ki, mayın 23-də Qazaxıstanda Dendrologiya İnstitutu, Şimali Qazaxıstan Universiteti və Rusiyanın Surqut Dövlət Pedaqoji Universitetinin birgə təşkilatçılığı ilə “Riyaziyyat və təbiət elmləri problemləri” mövzusunda XI beynəlxalq elmi-praktik konfrans keçiriləcək.
Tehsil-press.az