Mayın 1-də Dövlət İmtahan Mərkəzinin (DİM) informatika fənni üzrə işçi qrupunun üzvləri ilə Elm və Təhsil Nazirliyinin nümayəndələri arasında görüş keçirilib.
Görüşün məqsədi imtahanın məzmunu ilə bağlı materialların birgə müzakirəsi olub.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişiklik edilməsi haqqında qərarına əsasən 2023-cü ildə I ixtisas qrupu üzrə riyaziyyat-kimya (RK) altqrupuna daxil olan ixtisasların müsabiqəsi ilə yanaşı, riyaziyyat-informatika (Rİ) altqrupuna daxil olan ixtisasların müsabiqəsində də iştirak etmək istəyən abituriyentlər əlavə olaraq informatika fənnindən imtahan verməlidirlər. Bu məqsədlə DİM-də müəyyən hazırlıq işləri görülüb.
İclasda DİM-in Metodika və dərsliklərin monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva qəbul proqramı və imtahan modelinin 2021-ci ildən hazırlanaraq DİM-in rəsmi saytında yerləşdirildiyi haqqında məlumat verib. Qeyd edib ki, qəbul proqramına respublikanın ümumtəhsil müəssisələrinin V-XI sinif dərsliklərində məzmun standartlarının tələblərinin reallaşdırılması üçün verilmiş mövzular daxil olunub və proqrama əsasən imtahan modeli formalaşdırılıb. Həmçinin o, imtahana hazırlaşanlara metodik köməklik baxımından 2022-ci ilin iyun ayında çapdan çıxmış “İnformatika” vəsaiti (Azərbaycan və rus dillərində), 2022-2023-cü illərdə otk.az portalında onlayn və bu il fevralın 12-də və 19-da kağız daşıyıcısı üzərində keçirilmiş sınaq imtahanları haqqında məlumat verib.
Görüşdə DİM-in Yoxlama-ölçmə materiallarının işlənməsi departamentinin müdiri Natiq Əliyev test bankının formalaşması haqqında çıxış edib. O deyib ki, fənn üzrə “Test toplusu” üzərində də iş gedir.
İclasda, həmçinin DİM-in informatika fənni üzrə işçi qrupunun rəhbəri, Azərbaycan Tibb Universitetinin dosenti İsmayıl Qafarov, dərslik müəllifi Naidə İsayeva, Azərbaycan Dillər Universitetinin İnformasiya texnologiyaları kafedrasının müdiri Fikrət İbiyev, AMEA-nın aparıcı elmi işçisi riyaziyyat üzrə fəlsəfə doktoru Anar Rəhimov, Bakı Dövlət Universitetinin müəllimləri Anar Rəşidov və Yadigar Əliyev çıxış edərək imtahanın məzmunu ilə bağlı fikirlərini bildiriblər.
Elm və Təhsil Nazirliyi tərəfindən Ümumi təhsilin təşkili və idarə olunması sektorunun müdiri Fuad Qarayev, “Rəqəmsal bacarıqlar” layihəsinin rəhbəri Nilüfər Rəhimova, “Alqoritmika Azərbaycan” MMC şirkətində dövlət yönümlü layihələrin rəhbəri Qəmər Məmmədova, “Rəqəmsal bacarıqlar” layihəsinin metodisti, təlimçi Nübar Əsədova, Bakı şəhəri Nəsimi rayonu 240 saylı tam orta məktəbin müəllimi, “Rəqəmsal bacarıqlar” layihəsinin metodisti Nərminə Musayeva iştirak ediblər. Onlar DİM tərəfindən imtahanın məzmunu ilə bağlı hazırlanmış materiallar haqqında fikirlərini bildirib, təkliflərini veriblər.
Görüşdə gələcəkdə bu sahədə birgə əməkdaşlığın davam etdirilməsi qərara alınıb.
Tehsil-press.az