Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Pedaqogika kafedrasının təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Təhsildə modernləşmə və innovasiyalar dövrün tələbidir” mövzusunda respublika elmi konfransı keçirilib.
Konfransda fakültənin dekanı Rövşən Cavadov son illər təhsil sahəsində aparılan islahatlar, qlobal çağırışlar barədə məlumat verib. Qeyd edilib ki, yaradıcı, müstəqil düşüncə qabiliyyətinə malik gənclərin formalaşdırılması müəllimlərin, pedaqoji işçilərin qarşısında mühüm vəzifə olmalıdır. Bu baxımdan elmi konfrans təlim-tərbiyə işinin təşkilində mühüm rol oynayacaq.
Pedaqogika kafedrasının professoru Nübar Muxtarova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri professor Fərrux Rüstəmov, Təhsil İnstitutunun Təhsilin nəzəriyyəsi və tarixi şöbəsinin müdiri professor İntiqam Cəbrayılov, institutun elmi katibi professor Akif Abbasov çıxışlarında Ümummilli Liderin elm və təhsilə daim xüsusi önəm verdiyini bildirib, bu sahədə həyata keçirilən innovativ layihələrin əhəmiyyətini vurğulayıblar.
Konfransda “Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq konsepsiyasında milli-mənəvi və ümumbəşəri ideyaların təcəssümü”, “Mir Cəlal Paşayev yaradıcılığında təlim-tərbiyə məsələləri”, “İrəvan Müəllimlər Seminariyasının inkişaf tarixi”, “II Qarabağ savaşında milli vətənpərvərliyin təcəssümü”, “Şəxsiyyət yönümlü təhsil”, “İnsan kapitalının inkişafı kontekstində təhsil”, “Qloballaşma şəraitində milli-mənəvi və ümumbəşəri dəyərlərin inkişaf zəruriliyi”, “Multikulturalizm konsepsiyasında pedaqoji məsələlər”, “Müasir müəllim modeli”, “Təhsilə yeni yanaşmalar” mövzularında müzakirələr aparılıb.
Tehsil-press.az