İsrailin Ruppin Akademik Mərkəzinin nümayəndələri UNEC-də olub

İsrailin Ruppin Akademik Mərkəzinin nümayəndələri UNEC-də olub İsrailin Ruppin Akademik Mərkəzinin tədris işləri üzrə direktor müavini Yonit Şahnoviç və MBA kafedrasının direktoru Yoel Asraf UNEC-də olublar.
Qonaqlar UNEC-in struktur bölmələrinin rəhbərləri ilə görüşüblər. Görüşdə Ruppin Akademik Mərkəzi və UNEC arasında professor-müəllim heyətinin mübadiləsi, birgə tədqiqat işlərinin aparılması və məqalələrin çap olunması, həmçinin MBA proqramı üzrə layihələrin hazırlanması və tədbirlərin keçirilməsi barədə fikir mübadiləsi aparılıb.
UNEC-in infrastrukturu ilə tanış olan xarici qonaqlar universitetdəki yenilikləri yüksək qiymətləndiriblər.

Tehsil-press.az



Oxşar xəbərlər