Türkiyə hava məkanını Paşinyanın təyyarəsi üçün bağladı

Türkiyə hava məkanını Paşinyanın təyyarəsi üçün bağladı Türkiyə Baş nazir Nikol Paşinyana xidmət edən təyyarə də daxil olmaqla, Ermənistanın VIP təyyarələri ilə üçüncü ölkələrə uçuşlar üçün öz hava məkanını bağlayıb.
Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “24TV” telekanalına müsahibəsində bildirib.
“Türkiyə hava məkanından hər gün uçuşlar edilirdi. İndi biz Paşinyanın təyyarəsi üçün də, VİP-lər üçün də bağlamışıq, bizdən inciməsinlər. Yalnız Ermənistan parlamentinin spikeri gəldi. QDİƏT-in (Ankarada) iclasına biz sammitə ev sahibliyi etdik, ona görə də təşkilat üzvü üçün hava məkanını bağlamaq mümkün olmadı”, - Çavuşoğlu qeyd edib.

Tehsil-press.az



Oxşar xəbərlər