Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) tələbələr üçün “SABAH” qruplarının təqdimatı keçirilib.
Tədbirdə çıxış edən Elm və Təhsil Nazirliyinin “SABAH” qrupları İcra Komitəsinin rəhbəri Eldar Qocayev “SABAH” konsepsiyası haqqında məlumat verərək bildirib ki, bu layihə ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, ali təhsil sistemində yeni və fərqli mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbə yetişdirilməsi, əmək bazarının artan tələblərinə cavab verən kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılıb. Təhsildə innovativ tədris metodlarının tətbiqi, təhsilalanların təşəbbüslərinin dəstəklənməsi və qabaqcıl təcrübənin tətbiqi, təhsilverənlərin inkişafı, stimullaşdırılması, akademik və biznes mühitlərinin əlaqələrinin genişləndirilməsi və inteqrasiyası proqramın əsas hədəflərindəndir.
“SABAH” qruplarının əhatə dairəsi və qəbul qaydaları haqqında məlumat verən İcra Komitəsinin rəhbəri vurğulayıb ki, hazırda proqram üzrə 10 dövlət ali təhsil müəssisəsində 38 ixtisas üzrə 2 min 500-dən çox tələbənin təhsili ilə 650 nəfərdən çox professor və müəllim məşğul olur. Layihədən indiyədək 4 min 600-dən çox istedadlı mütəxəssis məzun olub. “SABAH” qruplarına qəbul 3 mərhələdən ibarət olmaqla müsabiqə yolu ilə aparılır. Müsabiqədə respublikanın istənilən ali təhsil müəssisəsində yalnız tələb olunan ixtisaslar üzrə bakalavr pilləsinin I kursunda əyani əsaslarla təhsil alan və orta akademik göstəricisi 61-dən yuxarı olan tələbələr iştirak edə bilərlər.
Eyni zamanda, layihə üzrə artıq təlim və tədrisin təşkili və metodikası ixtisaslaşması üzrə “SABAH” magistratura proqramı da icra olunur, bakalavr səviyyəsində cari ildən 10 yeni ixtisas üzrə də qəbul aparılması nəzərdə tutulur.
Təqdimatdan sonra müəllim və tələbələrin sualları cavablandırılıb.
Tehsil-press.az