Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri Məhəmməd Əl Bluşi ilə görüşüb.
Görüşdə ərəb dilinin tədrisi istiqamətində yeni addımların atılacağı diqqətə çatdırılıb. Qeyd olunub ki, ADU-da Ərəb dili və mədəniyyəti mərkəzinin açılması istiqamətində bir sıra mühüm addımlar atılıb. Mərkəzin açılışından sonra əməkdaşlıq daha sıx və səmərəli olacaq, tələbələr üçün yeni imkanlar yaranacaq.
“Bizim üçün Azərbaycan Dillər Universiteti olaraq önəmli məsələlərdən biri də budur ki, ərəb həmkarlarımızla həm müəllimlər, həm də tələbələr səviyyəsində əlaqələrimiz olsun. Həmçinin biz öz imkanlarımız hesabına ADU-da fəaliyyət göstərəcək Ərəb dili və mədəniyyəti mərkəzini əməkdaşlıq etdiyimiz bölgə məktəbləri ilə də tanış etməyə çalışacağıq. Ümidvaram ki, əməkdaşlıq çərçivəsində imzaladığımız müqavilədə qeyd olunan layihə və tədbirlərin həyata keçirilməsi münasibətlərimizin möhkəmlənməsinə və inkişafına müsbət təsir göstərəcək”, - deyə rektor Kamal Abdulla bildirib.
Səfir Məhəmməd Əl Bluşi universitetdə ərəb dilinə olan marağı yüksək qiymətləndirib. İlk görüşdən sonra əldə olunan müsbət nəticələrdən danışan səfir bundan sonra da əməkdaşlığın yüksələn xətlə inkişaf edəcəyini bildirib. ADU-da fəaliyyət göstərəcək Ərəb dili və mədəniyyəti mərkəzi haqqında danışan səfir müəllim və tələbələr üçün perspektivlərin yüksək səviyyədə olduğunu söyləyib.
Görüş gələcək fəaliyyətin yeni istiqamətlərinin müzakirəsi ilə davam edib.
Tehsil-press.az