Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnnovativ Biznes İnkubator Mərkəzinin rəhbəri Nəsibə Əmirbəyova “EU4Business” layihəsi çərçivəsində Estoniyada səfərdə olub.
O, ölkəmizin rəqəmsal inkişaf və startap ekosistemin öyrənilməsi məqsədilə biznesə dəstək təşkilatlarının nümayəndələri ilə birgə təlimlərdə iştirak edib. N.Əmirbəyova, həmçinin Estoniyada proaktiv rəqəmsal idarəçilik, elektron xidmətlər, startaplar, yaradıcı sənayelər və yaradıcı məkanlar üzrə bir sıra təcrübələrlə yerində tanış olub. İştirakçılara “CIVITTA Consulting”, Estoniya Biznes və İnnovasiyalar Agentliyi, “Startup Estonia”, “Creative Estonia”, “E-Estonia”, “Byukhale creative hub”, “Tellisckivi creative city” kimi yaradıcı məkanlar və onların rezidentləri, “Tallinn creative incubator” kimi qurumlarının fəaliyyətləri barədə məlumat verilib.
Bundan əlavə, iştirakçılar Estoniyanın əsas startap və “Tech Eventi” olan “Latitude59” konfransına, həmçinin investorların, yaradıcı sahibkarların iştirak etdiyi digər konfranslara da qatılıblar.
Qeyd edək ki, təlimlərdə Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna və Ermənistandan olan təşkilatların nümayəndələri iştirak ediblər.
Tehsil-press.az