“British Council”ın 2022-ci ilin genişmiqyaslı “Creative Spark Big Idea Challange-2022” (CSBIC-2022) yarışmasının nəticələri elan olunub. Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnnovativ Biznes İnkubator Mərkəzinin üzvləri finala yüksələn 9 startapçı arasında yer alıblar.
Zəhra İsmayılova (Unist), Aydan Muradlı (Ay’wings), Rəvan Quluzadə (TapTik) və Aygün Quliyevanın (Conwork) müəllifi olduqları startaplardan 2-si birinci yerə layiq görülüb.
AzMİU-nun Magistratura Mərkəzinin magistrantı Aygün Quliyeva “Conwork” startap layihəsi ilə “Sosial təsir” kateqoriyası üzrə 1-ci yeri qazanıb. “Yaradıcı” kateqoriyası üzrə yarışa qatılan digər finalçı - İnşaat fakültəsinin tələbəsi Aydan Muradovanın “Ay’wings” startap layihəsi də həmin kateqoriyada 1-ci yerə layiq görülüb. Qeyd edək ki, “Creative Spark” proqramı 2018-ci ildə yaradılıb. Həmin ildən proqram minlərlə tələbə, məzun və sahibkarlara innovativ biznes ideyaları ilə yenilik gətirməsinə dəstək göstərib. “Creative Spark” Birləşmiş Krallığın dəstəyilə Mərkəzi Asiya ölkələrində (Qazaxıstan, Özbəkistan, Qırğızıstan), Cənubi Qafqaz ölkələrində (Azərbaycan, Gürcüstan, Ermənistan) və Ukraynada (ümumilikdə yeddi ölkədə) biznes bacarıqlarını və yaradıcı iqtisadiyyatı inkişaf etdirmək məqsədilə universitetlərarası və institusional əməkdaşlığı beynəlxalq səviyyədə dəstəkləmək üçün nəzərdə tutulan beşillik təşəbbüsdür.
Tehsil-press.az