Elm və Təhsil Nazirliyi Fizika İnstitutu ilə “MA Group AG” arasında aparılmış danışıqlar nəticəsində elmi bazaya müddətli ödənişsiz giriş icazəsi verilib.
Müddətli istifadə çərçivəsində institutun əməkdaşları platforma üzərindən qeydiyyatdan keçərək bazadan istifadə imkanı qazanacaqlar. Aprelin 17-dən etibarən platforma istifadəyə veriləcək.
“MA Group AG” elektron kitab və jurnalların abunəliyi və verilənlər bazası vasitəsilə istifadəçilərə zəngin xidmət təklif edir, həmçinin bazada mövcud olan elmi dövri nəşrlərin məhsuldar toplusundan istifadə etmək fürsəti verir.
“MA Group AG” 2015-ci ildə yaradılıb. Məqsəd elmin müxtəlif sahələrini təbliğ etmək, abunəçiləri təhsil müəssisələri, akademik, araşdırma və inkişaf tədqiqat institutları ilə əlaqələndirmək, istifadəçilərin zəruri vasitələrə malik olduqlarına əmin olmaqdır.
Tehsil-press.az