Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Azərbaycan dili kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Çinarə Qəhrəmanovanın məqaləsi Türkiyə mətbuatında dərc olunub.
“www.akgazete.com.tr” saytında dərc olunan “Tək millət, iki dövlət: Sarsılmaz dostluq” başlıqlı məqalədə Azərbaycan-Türkiyə münasibətləri geniş şərh edilib. Müəllif qeyd edir ki, ölkələrimiz arasındakı səmimi münasibətlər, etibarlı əməkdaşlıq sayəsində dövlətlərimiz günü-gündən möhkəmlənir. İki ölkə arasında münasibətlərin bu səviyyədə inkişafı təkcə iki dövlətin ümumi tərəqqisi deyil, həm də regionda sabitliyin bərqərar olması məqsədi daşıyır. Müasir dövrdə türkdilli dövlətlərin yaxınlaşması və onlar arasında əlaqələrin qurulması üçün ən mühüm şərtlərdən biri də Azərbaycan-Türkiyə münasibətləridir.
Məqalədə iki qardaş ölkə arasındakı əlaqələr, Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı, 44 günlük Vətən müharibəsində Türkiyənin siyasi və mənəvi dəstəyi diqqətə çatdırılır.
Tehsil-press.az