Pilot məktəblərə metodik xidmətin göstərilməsi istiqamətində işlər davam etdirilir

Pilot məktəblərə metodik xidmətin göstərilməsi istiqamətində işlər davam etdirilir Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi tərəfindən məktəbəsaslı metodik xidmətin göstərilməsi istiqamətində işlər davam etdirilir. Bu məqsədlə Elm və Təhsil Nazirliyinin “Regionlarda müasir metodik xidmətin təşkili” pilot layihəsi üzrə regional təhsil idarələri tərəfindən müəyyənləşdirilmiş 66 pilot məktəbə prosesin səmərəli təşkili və icra olunmasına kömək məqsədilə metodik dəstək göstərilir.
Növbəti metodik görüşlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan Binəqədi rayonu 182 nömrəli tam orta məktəbdə keçirilib. Metodbirləşmə rəhbərləri ilə görüşlərdə pedaqoji prosesdə yaranan çətinliklər, metodik dəstəyin göstərilməsi zamanı diqqət yetirilməli əsas məqamlar, KSQ və BSQ suallarının tərtibi qaydaları və keyfiyyəti haqqında müzakirələr aparılıb, eləcə də iştirakçıların sualları cavablandırılıb.
Müəssisələrin pedaqoji heyəti ilə keçirilən ümumi görüşdə isə iştirakçıların təlim ehtiyaclarına uyğun dəstəyin davam etdirilməsi və həyata keçiriləcək bir sıra fəaliyyətlər barəsində müzakirələr aparılıb.
Qeyd edək ki, ölkə üzrə seçilmiş pilot məktəblərdə metodik xidmətin səmərəli təşkili və prosesin gedişatını izləmək üçün mütəmadi olaraq görüşlərin keçirilməsi nəzərdə tutulur.

Tehsil-press.az



Oxşar xəbərlər