Pilot məktəblərin direktor müavinləri üçün keçirilən təlimlər davam edir

Pilot məktəblərin direktor müavinləri üçün keçirilən təlimlər davam edir Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi tərəfindən 66 pilot məktəbin direktor müavinləri üçün keçirilən təlimlər davam edir.
Təlimlər “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın “Ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi” fəaliyyət istiqamətinə əsaslanır. Təlimlərin əsas məqsədi ümumi təhsil müəssisələrinin idarə heyətinin metodik xidmət göstərmək üçün səriştəliliyinin artırılmasıdır.
Təlimin ilk günü mərkəzin direktoru Nəzakət Mehdiyeva müasir metodik xidmətin tələbləri haqqında danışıb və iştirakçıları maraqlandıran sualları cavablandırıb.
Təlim müddətində iştirakçılar qiymətləndirmə vasitələrinin tərtib edilməsi, dərsdinləmələrdə effektiv və konstruktiv rəyin verilməsi, şagirdyönümlü təlim prosesinin təşkili, səmərəli təlim strategiyalarının seçilməsi, tətbiqi, gündəlik planlaşdırma nümunələrinin tərtib edilməsi barədə müzakirələr aparıb və praktik işlər görüblər.
Eyni zamanda, iştirakçılar real dərslər üzərində dərsdinləmə prosesinin aparılması, dərsdinləmə meyarlarının müəyyən edilməsi və təlim prosesinin effektiv təşkili ilə bağlı praktik məşğələlərdə də iştirak ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər