Lütfi Zadə adına məntiq olimpiadasının final turunun nəticələri açıqlanıb

Lütfi Zadə adına məntiq olimpiadasının final turunun nəticələri açıqlanıb Lütfi Zadə adına məntiq olimpiadası və məktəblilərarası fənn müsabiqələrinin final turunun nəticələri elan edilib.
Şagirdlər nəticələri ilə www.portal.edu.az saytındakı şəxsi kabinetləri və ya təhsil aldıqları ümumtəhsil müəssisələri vasitəsilə tanış ola bilərlər. Nəticələrlə bağlı müraciətlər 3 (üç) iş günü ərzində Təhsil İnstitutu ([email protected]) tərəfindən qəbul edilir. Lütfi Zadə adına məntiq olimpiadasında 60 nəfər, məktəblilərarası fənn müsabiqələrində isə 42 nəfər ən yüksək nəticə göstərərək qalib hesab edilib.
Qeyd edək ki, fənn müsabiqələrində qalib olan (qızıl, gümüş, bürünc medal qazanan) şagirdlər qəbulu mərkəzləşdirilmiş imtahan sistemi ilə keçirilən lisey və gimnaziyalarda müsabiqədənkənar təhsil almaq hüququ əldə edirlər. Bunun üçün həmin şagirdlər iyunun 20-nə qədər Təhsil İnstitutuna ərizə ilə müraciət etməlidirlər.

Tehsil-press.az


Oxşar xəbərlər