DİM-də Qazaxıstanın Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyinin layihə rəhbəri ilə görüş keçirilib

DİM-də Qazaxıstanın Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyinin layihə rəhbəri ilə görüş keçirilib Dövlət İmtahan Mərkəzinin (DİM) rəhbərliyi və Qazaxıstanın Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyinin (IAAR) layihə rəhbəri arasında görüş baş keçirilib.
Görüşdə Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Mərkəzin fəaliyyəti haqqında məlumat verib və təcrübə mübadiləsində maraqlı olduğunu bildirib.
Agentliyin nümayəndəsi də qurumun işləri və Beynəlxalq IAAR akkreditasiyası barədə təqdimat edib. Sonra Agentliyin akkreditasiya və reytinq üzrə fəaliyyətinə DİM-lə əməkdaşlıq edən fənn ekspertlərinin cəlb olunması imkanları müzakirə edilib.
Qeyd edək ki, görüşdən öncə Agentliyin layihə rəhbəri imtahan materiallarının avtomatlaşdırılmış çap prosesi, ölkəmizin milli qiymətləndirmə sisteminin tarixini əks etdirən muzey, həmçinin qəbul imtahanları ilə bağlı ölkə üzrə statistik məlumatları əks etdirən elektron xəritə ilə tanış olub.
Daha sonra Qazaxıstanın Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyin layihə rəhbəri Quliyaş Niyazova DİM-in Bakı şəhəri, Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən ofisinə baş çəkib və elektron imtahanların keçirildiyi zallar, elektron imtahanların keçirilmə prosedurları, DİM tərəfindən hazırlanmış proqram təminatları ilə tanış olub.
Qeyd edək ki, Qazaxıstanın Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyi 2011-ci ildə yaradılıb və təhsildə keyfiyyətin təminatı üzrə aparıcı beynəlxalq akkreditasiya təşkilatlarından biri sayılır.

Tehsil-press.az


Oxşar xəbərlər