Beynəlxalq Türk Akademiyasının prezidenti Qırğızıstanın xarici işlər naziri ilə görüşüb

Beynəlxalq Türk Akademiyasının prezidenti Qırğızıstanın xarici işlər naziri ilə görüşüb Beynəlxalq Türk Akademiyasının (BTA) prezidenti akademik Şahin Mustafayev Qırğız Respublikasının xarici işlər naziri Jeenbek Kulubayev ilə görüşüb.
Görüşdə Beynəlxalq Türk Akademiyası ilə Qırğız Respublikası arasında əməkdaşlıq məsələləri, akademiyanın fəaliyyət istiqamətləri, həmçinin 2023-cü il üzrə planlaşdırılan tədbirlər müzakirə edilib.
Nazir J.Kulubayev qeyd edib ki, akademiyanın fəaliyyəti türkdilli dövlətlər arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi, təhsil, elm və texnologiyalar sahəsində inteqrasiya proseslərinin sürətləndirilməsi, gənclərin keyfiyyətli təhsil alması üçün imkanların genişləndirilməsi, pedaqoqlar və alimlərin elmi əlaqələrini və türkdilli dövlətlərin elmi-texniki və mədəni sahələrdə birgə əməkdaşlığının effektiv inkişaf etdirilməsinə yönəlməlidir.
Akademik Şahin Mustafayev Beynəlxalq Türk Akademiyasının və Qırğız Respublikası Təhsil və Elm Nazirliyinin birgə təşkilatçılığı ilə Bişkekdə keçirilən Elmi şurasının 6-cı iclasında iştirakı haqqında məlumat verib. Akademik, həmçinin Beynəlxalq Türk Akademiyası tərəfindən keçirilməsi planlaşdırılan türk tarixinə və mədəniyyətinə, eləcə də akademiyanın fəaliyyətinə həsr edilmiş beynəlxalq konfranslar, forumlar və seminarlardan bəhs edib.
Görüşün sonunda tərəflər Beynəlxalq Türk Akademiyası çərçivəsində qarşılıqlı əməkdaşlığa maraqlı olduqlarını ifadə ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər