BSU ilə Türk-Alman Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

BSU ilə Türk-Alman Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb Bakı Slavyan Universitetində (BSU) Germanistika İnstitutunun təşkilatçılığı ilə keçirilən "Alman və Azərbaycan ədəbiyyatı mühacirət, sürgün və repressiya kontekstində" adlı II beynəlxalq elmi simpozium çərçivəsində BSU və Türkiyənin Türk-Alman Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
BSU-nun rektoru Anar Nağıyev simpozium çərçivəsində müqavilənin imzalanmasının xüsusi əhəmiyyət daşıdığını bildirib. Rektor iki universitet arasında əməkdaşlığın həm tələbə, həm də mütəxəssislər üçün faydalı olacağına əminliyini ifadə edib.
Türk-Alman Universitetinin rektoru Cemal Yıldız Azərbaycanla Türkiyə arasında tarixi dostluq əlaqələrinin davam etdiyini bildirib və bu müqavilə ilə əlaqələrin daha da genişlənəcəyinə əmin olduğunu deyib. O, oktyabrın 30-da Türk-Alman Universitetinin 10 illik yubileyinin qeyd olunacağını deyərək, rektor Anar Nağıyevi və BSU-nun Germanistika İnstitutunun müdiri Sevinc Rzayevanı universitetə dəvət edib.
Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Ali Rza Altunel iki qardaş ölkə arasında bütün sahələrdə əlaqələrin inkişaf etdiyini vurğulayıb. O, hər iki universiteti əməkdaşlıq müqaviləsinin imzalanması münasibətilə təbrik edib.

Tehsil-press.az



Oxşar xəbərlər