Çin Borrellin Pekinə səfərini ləğv etdi

Çin Borrellin Pekinə səfərini ləğv etdi Çin Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrellin gələn həftə Pekinə səfərini ləğv edib.
Bu haqda Avropa İttifaqı (Aİ) Komissiyasının sözçüsü Nabila Massralı açıqlama yayıb.
O, Çin tərəfindən Cozep Borrellin səfərinin iyulun 10-da baş tutmasının mümkün olmaması barədə məlumatlandırıldıqlarını bildirib.
Qeyd edək ki, Aİ-nin Pekindəki səfiri Xorxe Toledo iyulun 2-də Borrellin iyulun 10-da Pekinə səfər edəcəyini açıqlamışdı. Toledo Borrellin Rusiya-Ukrayna müharibəsi, insan haqları və ticarət kimi müxtəlif mövzularda Çin xarici işlər naziri və digər yüksək səviyyəli rəsmilərlə görüşəcəyini qeyd etmişdi.

Tehsil-press.az

Oxşar xəbərlər