Avropa Birliyinin (Aİ) Kopernik peyk izləmə sistemi ötən ayın dünyada ən isti iyun olduğunu bildirib.
Kopernikdən verilən yazılı açıqlamaya görə, 2023-cü ilin iyun ayı əvvəlki rekord 2019-cu ilin iyununu böyük fərqlə keçərək ən isti iyun ayı olaraq qeydə alınıb.
Ən yüksək temperatur xüsusilə, Şimal-Qərbi Avropada ölçülüb.
Qara dənizin qərb sahillərində, eləcə də mərkəzi və şərqi Avropa və Skandinaviyada geniş xətt boyunca orta səviyyədən daha quru şərait yaranıb.
2023-cü ilin iyun ayı Şimali Amerikanın çox hissəsində orta səviyyədən daha quru olub.
Okean səthinin temperaturu, əsasən, Şimali Atlantikada həddindən artıq istilər və Sakit Okeanda güclənən El Nino ilə əlaqədar olaraq iyun ayı ərzində rekord həddə çatıb.
Digər tərəfdən, Cənubi Avropanın əksər hissəsi, Qərbi İslandiya və Rusiyanın şimal-qərbində orta səviyyədən çox yağış yağıb. Güclü yağış Türkiyə, Kosovo və Rumıniyada daşqınlara səbəb olub.
Antarktida dəniz buzları ən aşağı səviyyəyə çataraq, orta hesabla 17 faiz geridə qalaraq, əvvəlki iyun rekordunu əhəmiyyətli fərqlə qırıb.
Antarktika dəniz buzunun gündəlik miqdarı ay ərzində “görünməmiş” minimum həddə qalıb.
Tehsil-press.az