Rusiyada rəqəmsal valyuta yaradıldı

Rusiyada rəqəmsal valyuta yaradıldı Rusiya Prezidenti Vladimir Putin rəqəmsal rublun tətbiqi və müvafiq elektron platformanın yaradılması haqqında qanun imzalayıb.
Sənəd rəsmi hüquqi məlumat portalında dərc edilib.
Söhbət Rusiya milli valyutasının artıq mövcud olan pul formaları ilə yanaşı buraxılacaq əlavə formasından gedir. Beləliklə, Rusiya rublunun indi üç forması olacaq: nağd, nağdsız və rəqəmsal.
Rəqəmsal rubl platformasından istifadə edərək yeni pul formatı ilə əməliyyatlar aparmaq mümkün olacaq. Qanun, bir sıra müddəalar istisna olmaqla, 1 avqust 2023-cü il tarixindən qüvvəyə minir.

Tehsil-press.az



Oxşar xəbərlər