Putin Kerç boğazı ilə bağlı fərman imzaladı

Putin Kerç boğazı ilə bağlı fərman imzaladı Rusiya Prezidenti Vladimir Putin Kerç boğazından keçən nəqliyyat keçidinin, elektrik şəbəkəsi enerji körpüsünün və magistral qaz kəmərinin mühafizəsi tədbirlərinin gücləndirilməsi haqqında fərman imzalayıb.
Fərmana əsasən, mühafizə üzrə tədbirlərin təşkili və əlaqələndirilməsi səlahiyyəti Rusiya Federal Təhlükəsizlik Xidmətinə həvalə edilib.
Rusiya hökumətinə öz aktlarını bu fərmana uyğunlaşdırmaq tapşırılıb.
Bildirilib ki, sənəd imzalandığı andan qüvvəyə minir.

Tehsil-press.az



Oxşar xəbərlər