Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Monqolustanın Dornoqov vilayətində xırdabuynuzlu heyvanların taunu, Polşanın Podlask inzibati ərazisində nyukasl, Rusiya Federasiyasının Vladimir və Həştərxan vilayətlərində isə xırdabuynuzlu heyvanların çiçək xəstəliyi qeydə alınıb.
Respublika ərazisinin həmin yoluxucu xəstəliklərdən qorunması məqsədilə həmin ərazilərdən heyvandarlıq məhsullarının, yemlərin, kəsim və emal üçün istifadə olunan avadanlıqların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda, ÜHST-nin rəsmi məlumatlarına əsasən, Moldovanın Unqeni rayonunda və Macarıstanın Baç-Kişkun, Çonqrad-Çanad, Bekeş, Haydu-Bihar, Noqrad inzibati ərazi vahidlərində qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, həmin xəstəliklərin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Respublika ərazisinin həmin yoluxucu xəstəliklərdən qorunması məqsədilə adları çəkilən ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb.
Hər iki halla bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Tehsil-press.az