Kanadanın Baş naziri 18 illik həyat yoldaşından boşanır

Kanadanın Baş naziri 18 illik həyat yoldaşından boşanır Kanadanın Baş naziri Castin Trüdo və həyat yoldaşı Sofiya Trüdo ayrıldıqlarını elan ediblər.
Bununla bağlı Kanadanın Baş naziri sosial media hesabında açıqlama verib.
"Sofiya və mən bir çox çətin söhbətlərdən sonra ayrılmaq qərarına gəldiyimizi bölüşmək istərdim", - deyə 51 yaşlı Trüdo bildirib.
Qeyd edək ki, cütlük 2005-ci ilin mayında evləniblər və onların üç övladı var.

Tehsil-press.az



Oxşar xəbərlər