Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Enerji keçidində: Postneft iqtisadiyyatı, alternativ enerji, ətraf mühitin mühafizəsi” mövzusunda Beynəlxalq yay məktəbinin iştirakçıları Şəki rayonuna ekskursiya ediblər.
Tədbir iştirakçıları ekskursiya zamanı Azərbaycan memarlığının incilərindən olan Şəki Xan Sarayını və digər tarixi abidələri ziyarət edib, Kiş kəndi, həmçinin qədim ipəkçilik ənənələri və yerli mətbəxlə tanış olublar.
Qeyd edək ki, ADNSU və Alman Akademik Mübadilə Xidməti (DAAD) tərəfindən təşkil olunan 5-ci Beynəlxalq yay məktəbinə Azərbaycandan və Almaniyadan tələbələr qatılıb.
Tehsil-press.az