Rasim Balayev prezidentlə görüşündən danışdı - Video

Rasim Balayev prezidentlə görüşündən danışdı - Video Azərbaycan Prezidenti İlham Əliyev ötən gün Xalq artisti Rasim Balayevə “İstiqlal” ordenini təqdim edib.
Xalq artisti dövlət başçısı ilə görüşünü, "İstiqlal" ordeni ilə təltif edilməsi barədə təəssüratlarını “Xəzər Xəbər”lə bölüşüb.
''Mən qəhrəman deyiləm, yalnız qəhrəmanları oynamışam, - deyən 75 yaşlı aktyorun sözlərinə görə, "İstiqlal" ordeninin təqdim edilməsi onun üzərinə əlavə məsuliyyət qoyur.
R. Balayev Vətən Müharibəsi haqqında sənət əsərlərinin ərsəyə gətirilməsinin vacib olduğunu vurğulayıb: “Mən cənab prezidentə də dedim. Bu gün Azərbaycan kinosunun vəziyyəti o qədər də ürək açan deyil, amma biz borcluyuq ki, yaxın keçmişmizdəki yaşanan 44 günlük qələbəmizi, şəhidlərimizin, qəhrəman qazilərimizin obrazlarını ekrana gətirək. Əminəm ki, Azərbaycan kinosunun tənəzzül dövrü bitəcək, layiqli ekran əsərləri yenidən tamaşaçını sevindirəcək”.
Qeyd edək ki, R. Balayev ''İstiqlal'' ordeninə qədər 1998-ci il avqustun 7-də "Şöhrət", 2018-ci il avqustun 1-də "Şərəf" ordenləri ilə təltif edilib.
Daha ətraflı videomaterialda:



Tehsil-press.az




Oxşar xəbərlər