“2020-ci ilin noyabrından 300-dən çox azərbaycanlı mina qurbanı olub” - Hikmət Hacıyev

“2020-ci ilin noyabrından 300-dən çox azərbaycanlı mina qurbanı olub” - Hikmət Hacıyev “Ermənistan Azərbaycanın işğaldan azad edilən ərazilərinə 1 milyondan çox mina yerləşdirib”.
Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tviter sosial şəbəkəsində yazıb.
O bildirib ki, 2020-ci ilin noyabrından indiyədək 300-dən çox azərbaycanlı mina qurbanı olub.
"Azərbaycan dünyada minalarla ən çox çirklənmiş ölkələr sırasındadır. Ermənistanın mina terroru davam edir", - deyə H.Hacıyev vurğulayıb.

Tehsil-press.az


Oxşar xəbərlər