Vətən müharibəsindən sonra neçə azərbaycanlı minaya düşüb?

Vətən müharibəsindən sonra neçə azərbaycanlı minaya düşüb? Ermənistanın yerləşdirdiyi minalar azərbaycanlıları öldürməkdə və şikəst etməkdə davam edir.
Bu sözlər Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) tviter səhifəsindəki paylaşımda yer alıb.
“Bu gün Azərbaycanın daha bir hərbi qulluqçusu mina partlaması nəticəsində həlak olub. 2020-ci il müharibəsinin sonundan bəri 288 azərbaycanlı minaya düşüb, onlardan 50-si həyatını itirib. Beynəlxalq ictimaiyyət Ermənistanın yaratdığı mina təhlükəsindən narahatlığını ifadə etməlidir”, -deyə paylaşımda qeyd olunur.

Tehsil-press.az



Oxşar xəbərlər