
Bu barədə Xerson vilayətinin qubernatoru vəzifəsini icra edən Vladimir Saldo “Tavria” telekanalının efirində məlumat verib.
Onun sözlərinə görə, hər bir məktəbdə xüsusi post quraşdırılacaq. Burada hərbiləşdirilmiş mühafizə və videomüşahidə sistemi olacaq.
O əlavə edib ki, rayonda hərbi vəziyyətin tətbiqinə və keçid dövrünün davam etməsinə baxmayaraq, bütün xidmətlər dərs ilinin başlanmasına hazırlaşır.
Tehsil-press.az