BMT-nin Cenevrədəki mənzil-qərargahı təhlükəsizlik tədbirləri baxımından bağlanılıb

BMT-nin Cenevrədəki mənzil-qərargahı təhlükəsizlik tədbirləri baxımından bağlanılıb Cenevrədə Birləşmiş Millətlər Təşkilatının (BMT) mənzil-qərargahı yerləşən bina – Millətlər Sarayı təhlükəsizlik tədbirləri baxımından müvəqqəti bağlanılıb.
Bu barədə mənzil-qərargahda akkreditə olunan jurnalistləri təşkilatın Cenevrə şöbəsinin mətbuat xidmətinin rəhbəri Alessandra Velluççi məlumatlandırıb.
“Millətlər Sarayı təhlükəsizliklə bağlı yaranan vəziyyətlə əlaqədar müvəqqəti olaraq bağlanılıb. Bu məsələ BMT-nin təhlükəsizlik xidməti tərəfindən fəal şəkildə araşdırılır və tezliklə həllini tapacaq”, - deyə o, mətbuat təmsilçilərinə ünvanlandığı elektron müraciətdə bildirib.
Daha sonra mətbuat xidmətinin rəhbəri BMT-nin mənzil-qərargahında təhlükəsizliklə bağlı problemin aradan qaldırıldığını deyib. “Millətlər Sarayına aid məsələ həll olunub. Bütün giriş məntəqələri açıqdır”, - deyə o vurğulayıb. Problemin məhz nədən ibarət olduğu dəqiqləşdirilməyib.
BMT-nin Cenevrədəki mənzil-qərargahı dünya diplomatiyasının mərkəzlərindən biridir.
Millətlər Sarayı 1929-1938-ci illərdə tikilib. Sonralar dəfələrlə genişləndirilən kompleksin sahəsi hazırda 206 min kvadratmetrdən çoxdur.

Tehsil-press.az



Oxşar xəbərlər