Bayden Floridada fövqəladə vəziyyət elan etdi

Bayden Floridada fövqəladə vəziyyət elan etdi Güclü İdalia qasırğası ABŞ-nin Florida ştatının şimal sahillərini vurub. Buna görə ABŞ Prezidenti Co Bayden "İdalia" qasırğası ilə əlaqədar Floridada fövqəladə vəziyyət elan edən fərman imzalayıb.
Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
O, yerli hakimiyyət orqanlarına federal yardım göstərilməsini əmr edib. Əmrə əsasən, ABŞ Daxili Təhlükəsizlik Departamenti və Federal Fövqəladə Halların İdarə Olunması Agentliyindən Florida hakimiyyətinə yardım edilməsi nəzərdə tutulur.

Tehsil-press.az


Oxşar xəbərlər