Qazaxıstanın təhsil işçiləri Azərbaycan müəllimləri üçün Astanada başlayan “Tədrisdən tədqiqata” təlimini yerli mühitdə tamamlamaq məqsədilə ölkəmizə səfər ediblər.
Azərbaycanın Elm və Təhsil Nazirliyi ilə Qazaxıstanın “Nazarbayev İntellekt Məktəbləri” ASC-nin Pedaqoji Ustalıq Mərkəzi arasında bağlanmış müqaviləyə əsasən, 30 təhsil işçisi avqustun 11-24-də Astana şəhərində səfərdə olub. İlk 2 modulu Astanada başa vurduqdan sonra növbəti 2 modul Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzində davam edir. Təlimlər ibtidai sinif müəllimlərinin peşə bacarıqlarının artırılması, həmçinin əldə edilmiş təcrübənin həmkarları ilə bölüşülməsi məqsədilə təşkil olunub və sentyabrın 8-də yekunlaşacaq.
Təhsil İnstitutunun direktoru Rüfət Əzizov təlimləri izləyib, qoyulan hədəflərə çatmaq üçün məzmunun və yanaşmaların dəyişdirilməsi ilə bağlı fəaliyyətlər haqqında məlumat verib.
Sonda təlim iştirakçıları STEAM İnnovasiya Mərkəzi ilə tanış olublar.
Tehsil-press.az