Təhsil İnstitutu: “İnnovativ və strateji liderlik” təliminin ilk modulu başa çatıb

Təhsil İnstitutu: “İnnovativ və strateji liderlik” təliminin ilk modulu başa çatıb Təhsil İnstitutunun təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin (AzTU), Bakı Dövlət Universitetinin (BDU) və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) “SABAH Magistratura” proqramında təhsil alan bir qrup tələbəsi üçün Təhsil Texnologiyaları Mərkəzində keçirilən “İnnovativ və strateji liderlik” təliminin ilk modulu başa çatıb.
Təhsil İnstitutunun direktoru Rüfət Əzizov innovasiya strategiyası modulunun daxilində yeni məhsulların, xidmətlərin və bazarların inkişafı, innovasiyaların intensivliyi - ikili düşüncə tərzi, bazarların inkişafı, ekosistem kontekstində sahibkarlıq səlahiyyətləri haqqında ətraflı məlumat verib.
Tələbələrə “Canva” biznes modeli üzərindən “Biznesini yarat” adlı praktik tapşırıq verilib, onlar komandalar şəklində bölünərək biznes layihələrini təqdim ediblər.
Xatırladaq ki, Təhsil İnstitutu ADPU, AzTU və BDU-da həyata keçirilən “SABAH Magistratura” proqramının məzmununun hazırlanmasını və tələbələrin dərsdənkənar fəaliyyətlərini təşkil edir.

Tehsil-press.az


Oxşar xəbərlər