Çinin nüfuzlu ali təhsil ocaqlarından olan Pekin Xarici Dillər Universitetinin (PXDU) Azərbaycan dili ixtisasına növbəti tələbə qəbulu keçirilib.
Çinin ümumrespublika ali məktəblərə qəbul imtahanında uğurlu nəticələrlə Azərbaycan dili ixtisasına qəbul olunmuş 13 tələbə sentyabrın 11-də dərslərə başlayıblar. Həmin tələbələrə bakalavr təhsili üzrə qarşıdakı 4 tədris ilində Azərbaycan dili fənləri ilə yanaşı, milli ədəbiyyatımızı, ölkəmizin tarixini, mədəniyyətini, müasir inkişafını əhatə edən fənlər də tədris olunacaq, Azərbaycanla bağlı elmi tədbirlər keçiriləcək. Tədris proqramına uyğun olaraq tələbələrin bir il tərəfdaş Azərbaycan universitetlərində oxumaları da nəzərdə tutulub.
Qeyd edək ki, Çinin dövlət qurumları, xüsusən də Xarici İşlər Nazirliyi üçün kadrlar hazırlayan, 101 xarici dilin tədris olunduğu Pekin Xarici Dillər Universitetində Azərbaycan dili kafedrası 2016-cı ildə yaradılıb. İlkin mərhələdə Azərbaycan dili üçüncü dil kimi tədris olunsa da, Çinin Təhsil Nazirliyinin qərarına əsasən, 2018-ci ildə ümumrespublika imtahanı əsasında Azərbaycan dili ixtisasına qəbul aparılıb və 9 tələbə dörd il ərzində Azərbaycan dilini öyrənərək, Çinin ilk azərbaycanşünas kadrları olub. Onların böyük əksəriyyəti hazırda magistraturada təhsil alır, digərləri isə müxtəlif sahələrdə çalışırlar. PXDU-da birinci qəbulda (2018-2022-ci illər) Azərbaycan dili ixtisası üzrə təhsil almış tələbələr Azərbaycan dili kafedrasının ölkəmizlə bağlı həyata keçirdiyi müxtəlif layihə və tədbirlərdə yaxından iştirak ediblər. “Nəsimi İli”ndə “Azərbaycan dili və ədəbiyyatı sərgisi”nin təşkilində fəallıq göstəriblər, “Nizami Gəncəvi İli”ndə isə dahi Azərbaycan şairi və mütəfəkkirinin 880 illiyi münasibətilə çap olunmuş “Nizami irsi” jurnalında tələbələrin 11 araşdırma məqaləsi və tərcümə işi işıq üzü görüb. Tədris dövründə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli və başqaları Azərbaycan dili kafedrasında olub, tələbələrə mühazirə oxuyublar.
PXDU-da Azərbaycan dili ixtisası üzrə təhsil alan tələbələr tədris müddətində AZƏRTAC-da təcrübə keçiblər. Onlar AZƏRTAC-ın xəbərlərinin Çin dilinə tərcüməsində və redaktəsində iştirak edərək, Azərbaycan dili üzrə biliklərini təkmilləşdirməklə yanaşı, ölkəmizin müasir inkişafı, xalqımızın zəngin mədəniyyəti barədə bilgilər əldə ediblər. Bu da onların hazırlıqlı azərbaycanşünas kadrlar kimi yetişmələrində səmərəli olub. Bundan başqa, PXDU-nun Azərbaycan dili ixtisası üzrə təhsil alan tələbələri AZƏRTAC-ın və AzTV-nin Çin Xalq Respublikasındakı müxbir məntəqələri ilə də yaxından əməkdaşlıq ediblər.
PXDU-nun Azərbaycan dili kafedrasına filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev rəhbərlik edir. Şanxay Universitetinin magistr məzunu olan Aqşin Əliyev Şərqi Çin Pedaqoji Universitetində “Müasir Çin dilində reduplikativ sifətlərin müvafiq problemləri” doktorluq dissertasiyasını müdafiə edib. O, Şanxay Pedaqoji Universitetində postdoktoranturada “Çincə-Azərbaycanca lüğət və onun nəzəri əsasları” elmi işini tamamlayıb. A.Əliyev 2016-cı ildə Azərbaycan dili ixtisası üzrə tədrisin təşkili məqsədilə Pekin Xarici Dillər Universitetinə dəvət olunub. Hazırda PXDU-da Azərbaycan dili kafedrasının müdiri olan soydaşımız, bundan başqa, universitetin regionşünaslıq kafedrasının tədqiqatçısı, Çin Sosial Elmlər Akademiyasının dəvətli alimi, “Bir kəmər, bir yol” Gənc Çinşünaslar Alyansının sədr müavini, Çin Tərcümə Şəbəkəsinin aparıcı məsləhətçisi kimi fəaliyyətini davam etdirir. Çin Elm və Texnologiya Nazirliyinin, Çin Qlobal İstedadlar Mübadiləsi Assosiasiyasının və “Beynəlxalq istedadlar” jurnalının birgə qiymətləndirməsi əsasında 2019-cu il üçün Çinin ən yaxşı əcnəbi müəllimi seçilən A.Əliyev 5 kitabın, 20-yə yaxın məqalənin müəllifidir.
Tehsil-press.az