Çinin nüfuzlu ali təhsil ocaqlarından olan Pekin Xarici Dillər Universitetinin (PXDU) təşkilatçılığı ilə “Sivilizasiyaların qarşılıqlı mübadiləsi” adlı beynəlxalq konfrans keçirilib.
Xalqlar arasında mədəni əlaqələrin inkişafı məsələsinə həsr olunan konfransda dünyaşöhrətli Kanada əsilli filosof, professor Roger T.Ames, PXDU-nun Qərb və Çin mədəni münasibətləri üzrə tanınmış alimi, professor Ganq Sipinq, digər tanınmış alimlər iştirak ediblər. Çinin elan etdiyi "Kəmər və Yol" təşəbbüsünün başlıca konsepsiyalarından biri də qədim İpək yolu üzərində yerləşən xalqların mədəniyyətlərinin qarşılıqlı təmaslarının gücləndirilməsindən ibarətdir. İpək yolunun başlanğıc ölkəsi olan Çin bu xüsusda çoxlu sayda layihələr həyata keçirir. Xalqların yaxınlaşması, əlaqələrin tarixinin tədqiqi, müasir mədəni əlaqələrin təşviqi xarakterli elmi tədbirlər son illər geniş vüsət alıb. Azərbaycan dili daxil olmaqla 101 dilin tədris olunduğu Pekin Xarici Dillər Universitetinin də bu istiqamətdə aktiv fəaliyyəti var. Universitetdə dünya xalqlarının mədəniyyətlərinin tədqiqi, Çin ilə qədim mədəni-tarixi əlaqələrinin araşdırılması ilə məşğul olan bir çox mərkəzlər fəaliyyət göstərir.
Konfransda Azərbaycanı təmsil edən Pekin Xarici Dillər Universitetinin Asiya fakültəsi Azərbaycan dili kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, çinşünas alim Aqşin Əliyev Azərbaycan-Çin ədəbi əlaqələri çərçivəsində Azərbaycan ədəbiyyatında Çin motivləri mövzusunda məruzə edib.
Gənc alim Azərbaycanın qədim İpək yolu üzərində ən vacib qovşaq ölkələrdən biri olduğunu, bu diyarda tarixən təkcə ticarətin deyil, eyni zamanda, zəngin mədəniyyət mübadiləsinin baş verdiyini vurğulayıb. Bildirib ki, məhz İpək yolu sayəsində Azərbaycan və Çin arasında mədəni əlaqələr qurulub. Bunu Azərbaycan ədəbiyyatındakı nümunələr də sübut edir. Nizami Gəncəvinin “Yeddi gözəl” poemasında Çin gözəlinin danışdığı “Xeyir və şər” əsəri xüsusi olaraq vurğulanıb. Bundan başqa, “Koroğlu” dastanında, Molla Pənah Vaqifin əsərlərində, eləcə də XX əsr Azərbaycan yazıçı və şairlərindən Osman Sarıvəlli, Nəbi Xəzri, Əhməd Cəmil, Süleyman Rüstəm, Mirvarid Dilbazi və digərlərinin də əsərlərindəki Çin motivləri haqqında məlumat verilib.
Tehsil-press.az