Burkina-Faso Prezidenti İbrahim Traorenin CBC TV-yə verdiyi eksklüziv müsahibə bu ölkənin mediasında geniş işıqlandırılıb.
RTB dövlət teleradio şirkəti ölkə başçısının toxunduğu məsələlərdən süjetlər hazırlayıb və öz sosial platformalarında paylaşıb.
Yeri gəlmişkən, həmin paylaşımlar da böyük auditoriya tərəfindən izlənilib və İbrahim Traorenin səsləndirdiyi fikirlərə həmrəylik göstərənlər çox olub. Şərhlərdə istifadəçilər Fransanın postmüstəmləkə siyasətini pisləyib, Burkina-Fasonun müstəqil siyasət yürütməyinin vacibliyini vurğulayıblar.
“İmperializm təəssübkeşlərinə rəhm edilməlidir!”, “Fransa ilə əlaqələri tam kəsmək lazımdır!”, “Nəhayət ki ölkə öz qorxularını üstələdi”, - şərhlərdə bildirilir.
Qeyd edək ki, CBC TV-yə eksklüziv müsahibəsində İbrahim Traore ölkədə baş verən son hadisələrdən danışıb. Dövlət başçısı postmüstəmləkə asılılığından azad olunmaq, Burkina-Fasonun digər ölkələrdən təcrid olub-olmamasına, Fransanın ölkəsi ilə mövcud əlaqələrinin yaxşılaşdırılması üçün hansı addımlar atmalı olduğuna və digər məsələlərə aydınlıq gətirib.
Müsahibəni CBC TV-nin YouTube kanalından (https://youtu.be/IXWrhx63FSg?si=CuJ_FaV752dyYXWz linkinə keçid edərək) izləyə bilərsiniz.
“Radiodiffusion Tvision du Burkina” Qərbi Afrika Burkina Faso dövlətinin milli yayımçısıdır. “Radiodiffusion Television du Burkina”nın baş ofisi paytaxt Uaqaduquda yerləşir. RTB 12 oktyabr 1959-cu ildə yayımlanmağa başlayıb.
Tehsil-press.az