BDU əməkdaşları üçün təkmilləşdirmə kursları təşkil olunub

BDU əməkdaşları üçün təkmilləşdirmə kursları təşkil olunub Bakı Dövlət Universiteti (BDU) Strateji İnkişaf Planının fəaliyyət istiqamətlərinə uyğun olaraq tədrisdə keyfiyyətin artırılması, akademik heyətin potensialının üzə çıxarılması, yeni nəslin tədris və təlim proseslərinə cəlb olunması ilə əlaqədar təkmilləşdirmə kursları təşkil edib.
Akademik heyətin pedaqoji və texniki bacarıqlarının artırılması üçün təşkil olunan kurslarda BDU-nun 65 əməkdaşı iştirak edib. Təlimlər pedaqogika və milli-mənəvi dəyərlərə əsaslanan müasir təlim metodları, pedaqoji və tətbiqi psixologiya, informasiya və kommunikasiya texnologiyaları olmaqla üç istiqamət üzrə aparılıb.
Kursu uğurla başa vuran professor və müəllimlərə sertifikatlar verilib.

Tehsil-press.az



Oxşar xəbərlər