Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Türkiyənin Ahmet Yesevi Universiteti tərəfindən hazırlanmış “Türk edebiyatı isimler sözlüyü” (Türk ədəbiyyatı adları lüğəti) ensiklopedik kitabının təqdimatı keçirilib.
UNEC-in rektoru, professor Ədalət Muradov Türkiyənin Ahmet Yesevi Universiteti tərəfindən hazırlanmış kitabın təqdimatının Türk dünyası üçün mühüm əhəmiyyət kəsb edən layihələrin əsasının qoyulduğu vaxta təsadüf etdiyindən qürur duyduğunu bildirib. Diqqətə çatdırıb ki, ensiklopedik lüğətdə Türk dünyasının 14700-ə yaxın şair və yazıçısı haqqında məlumat təqdim olunub. İyirmi cilddən ibarət olan lüğətin ərsəyə gəlməsində 1500 tədqiqatçı-alim iştirak edib. Bu kitablar Türk dünyasının mədəni əlaqələrinin inkişafına böyük töhfə olacaq.
Ahmet Yesevi Universitetinin Himayədarlar Şurasının sədri, layihənin rəhbəri professor Muhittin Şimşek 1932-ci il sentyabrın 26-da Türkiyədə ilk dəfə Türk Dili Qurultayının keçirildiyini diqqətə çatdıraraq, təqdimatın məhz həmin gündə təşkil edilməsinin qürurverici olduğunu deyib. Professor çıxışını qurultayın açılışında Mustafa Kamal Atatürkün “Türk dili ən zəngin dillərdən biridir, yetər ki, bu dil şüurla işlənsin” ifadəsi ilə davam edib.
Tədbirdə iştirak edən Milli Məclisin deputatları Fazil Mustafa, Fatma Yıldırım, Milli Kitabxananın direktoru professor Kərim Tahirov, “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Rəşad İlyasov kitabın əhəmiyyətindən söz açıblar. Qonaqlar xalqların inkişafında mədəniyyətin böyük roluna diqqət çəkərək, Türk dünyası ilə əməkdaşlığın bütün sahələrdə olduğu kimi, ədəbiyyata da bağlılığının vacibliyini vurğulayıblar. Azərbaycanda kitaba, dilə qayıdışın Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu deyən çıxışçılar bu ənənənin Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində uğurla davam etdirildiyini bildiriblər. Ensiklopedik lüğətin türk dilinin zənginliyinin öyrənilməsi baxımından əhəmiyyətini qeyd ediblər.
Tehsil-press.az