ADNSU əməkdaşları ilə SOCAR-ın nümayəndələri arasında işçi görüş keçirilib

ADNSU əməkdaşları ilə SOCAR-ın nümayəndələri arasında işçi görüş keçirilib Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) əməkdaşları ilə SOCAR-ın nümayəndələri arasında işçi görüş olub.
SOCAR-ın İşə qəbul şöbəsinin rəisi Cavid Umbayev, həmin şöbənin rəis müavini Həmid İsrafilov, kadrlar üzrə mütəxəssis Aygün Qaniyeva, ADNSU rektorunun universitet-sənaye əməkdaşlığı və məzunlarla iş üzrə müşaviri Sakit Səmədov, İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərov və digər əməkdaşların iştirak etdiyi görüşdə universitet ilə şirkətin əməkdaşlığından, o cümlədən tələbələrin təcrübə proqramından və birlikdə icra olunacaq yeni layihələrdən danışılıb.
Qonaqlar SOCAR tərəfindən iki yeni təcrübə proqramının başlaması haqqında məlumat veriblər və bu proqramın da ADNSU tələbələri üçün təcrübə və iş imkanları yaradacağını bildiriblər.

Tehsil-press.az


Oxşar xəbərlər