BDU-nun Hüquq fakültəsində şəhidlərin xatirəsi anılıb

BDU-nun Hüquq fakültəsində şəhidlərin xatirəsi anılıb Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində 27 Sentyabr - Anım Gününə həsr edilmiş tədbir keçirilib.
Hüquq fakültəsinin dekanı Zaur Əliyev bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən başlanılmış əks-hücum əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü 30 ildən sonra tarixi Zəfərimizlə bərpa olunub. Hüquq fakültəsinin 50-dən çox tələbə və məzunu 44 günlük Vətən müharibəsində könüllü iştirak edib, fakültənin məzunu Ceyhun Şalıyev isə şəhidlik zirvəsinə ucalıb. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinə daim yüksək ehtiram göstərir, qazilərimizin müalicəsini və sağlamlıqlarının bərpasını həmişə diqqət mərkəzində saxlayırlar.
Milli Məclisin deputatı, Hüquq fakültəsinin Dəniz və enerji hüququ mərkəzinin rəhbəri Bəhruz Məhərrəmov tələbələrə əldə olunmuş nailiyyətin təkcə hərb meydanında deyil, siyasətdə də qazanıldığını bildirib. O, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq Azərbaycanın regionda ali hüquq dəyərlərinə, beynəlxalq hüququn prinsip və normalarına riayət edən dövlət kimi tanınmasına imkan yaratdığını xüsusilə vurğulayıb.
Sonra çıxış edən Cinayət prosesi kafedrasının müdiri Firuzə Abbasova, Cinayət hüququ və kriminologiya kafedrasının dosenti Rauf Şəmsizadə, Mülki hüquq kafedrasının müdiri Şükür Yusifov Qarabağ Zəfərinin bugünkü reallıqlarından, əhəmiyyətindən danışıblar.
Hüquq fakültəsinin Vətən müharibəsinin iştirakçıları olan məzunları Şamo İsmayılbəyli və Anar Namazov keçdikləri döyüş yolundan bəhs ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər