“Kontakt” şəhid və qazi ailələrinə borc öhdəliklərinin ləğvi ilə bağlı müraciət etdi

“Kontakt” şəhid və qazi ailələrinə borc öhdəliklərinin ləğvi ilə bağlı müraciət etdi “Kontakt” mağazalar şəbəkəsi sentyabrın 19-u başlayan antiterror tədbirlərində şəhid olan və I qrup əlillik dərəcəsi alan hərbçilərin ailələrinə, həmçinin II qrup əlillik dərəcəsi alan hərbçilərə borc öhdəliklərinin ləğvi ilə bağlı müraciət ünvanlayıb:
“Əbədi torpaqlarımızı əzəli sahiblərinə qovuşduran bütün hərbçilərimizə sonsuz ehtiramımızı çatdırır, şəhidlərimizin ailələrinə başsağlığı, yaralılarımıza isə şəfa diləyirik.
- Şəhid olan müştərilərimizin yaxın ailə üzvlərinə;
- II qrup əlillik dərəcəsi alan müştərilərimizə;
- I qrup əlillik dərəcəsi alan müştərilərimizin həm özləri, həm də yaxın ailə üzvlərinə
*6060 – Çağrı Mərkəzimizə məhsul üzrə borcların silinməsi ilə əlaqədar müraciət etmələrini xahiş edirik.
Qeyd: Yaxın ailə üzvləri dedikdə, müştərilərin valideynləri, övladları və həyat yoldaşları nəzərdə tutulur.”

Tehsil-press.az



Oxşar xəbərlər