UNEC-ə qəbulda ən yüksək nəticə Rəqəmsal iqtisadiyyat fakültəsində olub

UNEC-ə qəbulda ən yüksək nəticə Rəqəmsal iqtisadiyyat fakültəsində olub Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rəqəmsal iqtisadiyyat fakültəsində birinci kurs tələbələri ilə görüş keçirilib.
Görüşdə fakültənin dekanı dosent Elman Cəfərov birinci kursları tələbə adını qazanmaları münasibətilə təbrik edərək, onlara təhsillərində uğurlar arzulayıb. İqtisad Universitetinə bu il ən yüksək nəticə ilə (675 bal) qəbulun Rəqəmsal İqtisadiyyat fakültəsində olduğunu deyən E.Cəfərov bundan qürur duyduğunu və fakültəyə qəbul balının ildən-ilə yüksəldiyini diqqətə çatdırıb. Fakültəyə 5 ixtisas üzrə 355 tələbənin qəbul olduğunu, onlardan 94 tələbənin 600 və daha yüksək bal topladığını bildirib.
Görüşdə tələbələrə tədris prosesinin və imtahanların təşkili qaydaları, təqaüdlər, beynəlxalq mübadilə, UDİD və minor proqramları, startap layihələri, tələbə təşkilatları barədə ətraflı məlumat verilib.
Sonda tələbələrin sualları cavablandırılıb.

Tehsil-press.az



Oxşar xəbərlər