Bakı şəhəri üzrə dövlət ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.
Görüşdə məktəb idarəetməsində səmərəliliyinin artırılması, müəllim-şagird, müəllim-valideyn münasibətlərinin düzgün tənzimlənməsi mövzularında müzakirələr aparılıb.
BŞTİ müdiri Mehriban Vəliyeva 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçilərini təbrik edib, yeni dərs ilində ümumi təhsil müəssisələrinin qarşısında duran ümdə vəzifələrdən söz açıb. Məktəb və müəllim nüfuzunun qorunmasının vacibliyini xüsusilə vurğulayan idarə müdiri Elm və Təhsil Nazirliyinin Beynəlxalq Müəllimlər Günü münasibətilə valideyn və şagirdlərin müəllimlərə hər hansı formada hədiyyələr verməsinin və ya vəsait toplanmasının yolverilməz olduğu haqqında qəti mövqeyini diqqətə çatdırıb.
Azərbaycanın tarixi Qələbədən sonra inkişafın yeni mərhələsində uğurla irəlilədiyini nəzərə çatdıran Mehriban Vəliyeva ictimaiyyətin məktəbdən və müəllimdən gözləntilərinin də dəyişdiyini vurğulayıb. Bu baxımdan məktəb-valideyn münasibətlərinə daha həssas yanaşmanın vacibliyinə diqqət çəkən idarə müdiri valideyn və ictimaiyyət nümayəndələrinin də müəllim nüfuzunun qorunmasına daha yaxından dəstək olacağına, gələcəyimiz olan uşaqların layiqli vətəndaş kimi yetişdirilməsi işinə öz töhfələrini verəcəklərinə əminliyini bildirib.
Tehsil-press.az