Rəsədxana əməkdaşı Estoniyada elmi araşdırma aparır

Rəsədxana əməkdaşı Estoniyada elmi araşdırma aparır Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Ulduz atmosferləri fizikası və maqnetizm şöbəsinin dissertantı, kiçik elmi işçi Aytac İskəndərova Estoniyanın Tartu Rəsədxanasında elmi ezamiyyətdədir.
Ezamiyyət çərçivəsində A.İskəndərova IRAF proqram paketi vasitəsilə spektrləri işləməyi mənimsəmək məqsədilə kurslara cəlb olunub. Rəsədxananın teleskoplarında alınmış spektral və fotometrik materialların Tartu Rəsədxanası əməkdaşları ilə birgə işlənilməsi, alınmış nəticələrin birgə interpretasiyası və sonda birgə elmi məqalələrin çap etdirilməsi istiqamətində işlər aparılır.
A.İskəndərova Tartu Rəsədxanasında keçirilən, Horizon Avropa Tvininq layihəsi olan EXOHOST və Böyük Britaniya Araşdırma və İnnovasiya tərəfindən maliyyələşdirilən “Stellar spectroscopy” vörkşopunda iştirak edib. İki gün davam edən vörkşopun ilk günü İsveçin Uppsala Universitetinin professorları tərəfindən edilən ulduz spektroskopiyası ilə bağlı çıxışlar dinlənilib, növbəti gün isə bütün iştirakçılar praktik çalışmalara cəlb olunub.

Tehsil-press.az


Oxşar xəbərlər